Əsas Səhifə > Manşet > TƏBİB xəstəxanaları "julik" və "bandit"lərdən necə təmizləyib xalqa qaytardı? - Səhiyyədə daha bir Mehdiyev ağılda adam - Çərkəz Cəfərov bu yaşdan sonra çətin ki...

TƏBİB xəstəxanaları "julik" və "bandit"lərdən necə təmizləyib xalqa qaytardı? - Səhiyyədə daha bir Mehdiyev ağılda adam - Çərkəz Cəfərov bu yaşdan sonra çətin ki...


13-12-2025, 12:50
TƏBİB xəstəxanaları "julik" və "bandit"lərdən necə təmizləyib xalqa qaytardı? - Səhiyyədə daha bir Mehdiyev ağılda adam - Çərkəz Cəfərov bu yaşdan sonra çətin ki...

Azərbaycan ,bu nə kəramətdirsə, 80 yaşı keçən bəzi professorlar, akademiklər nəinki ağlını, bütün reallıq hissini itirir. Bu ahıl yaşda adamlar dövlətə xalqa töhvələrini verə bilmirsə , evdə oturub nəvələri ilə oynamaq, nərd atmaq əvəzinə ortaya çıxıb ağlına yox, ağzına gələni danışır, ya da ağzına gələn üfunət qoxulu "ideya"lar irəli sürür. Onların ən bariz nümunəsi Bayden idi, fövqəldövlətin prezidentinin huşu gedirdi, özünün rəhbər olduğunu unudurdu. Zira, bizim 80 yaşı keçmiş adamlara lağ etmək fikrimiz yoxdur. Sadəcə, qocalıq qaçılmaz bioloji hadisədir və insan bu yaşda addımına, danışığına fikir verməlidir.

Məsələn götürək elə sabiq PA rəhbəri Ramiz Mehdiyevi. Yaşının 87-də dinc oturmadı və dövlətə xəyanət etməsi ittihamı ilə cinayət işi açıldı. Adama deyərlər, ay qoca "kardinal", otur evində, ömrünü yaşa da. Yox, amma dayanmadan Moskvaya məktublar yazırmış.
Ona görə də Allah gərək adamın birinci ağlını başından almasın. Adamın da ağlı başından getdisə, ondan hər bir şey gözləmək olar. Necə ki Mehdiyev, Bayden kimi ağlını itirib ağzına gələnləri danışanların bir qrupu da tibb sahəsindədir.
Elə təzəcə tibb elmləri doktoru, 87 yaşlı Südeyf İmamverdiyevin sərsəmləmələrinə son qoyulmuşdu ki, indi də səhnəyə daha bir "parlaq qoca" - 83 yaşlı professor Çərkəz Cəfərovu çıxarıblar. Elə bil ki, bunların doğurdan da başı gedib, nə gəldi sayıqlayırlar.
İmamverdiyev Cəfərova baxanda "toya getməlidir" (əslində ora da gedəcək yeri deyil - müəllif), əgər 87 yaşlı biri TƏBİB rəhbərini istefaya çağırmışdısa, 83 yaşlı Çərkəz Cəfərov isə ümumiyyətlə, bu strukturun ləğvini tələb edir. Təsəvvür edirsiniz? Necə ki, Mehdiyev Kremlə məktub yazıb dövlətin konstitusion quruluşunu dəyişməyə çağırırdı, yoldaş Cəfərov da TƏBİB-in demontajını təklif edir. Əgər imkanı olsaydı, o da Rusiyanın səhiyyə nazirinə məktub yazıb Mehdiyev kimi dəstək istəyərdi. Çünki yaşı 80-i keçmiş bu adamlar doğurdan da başlarını itiriblər.
Axı necə ola bilər ki, yoldaş Cəfərov kimilərin səhiyyə sistemindən təmizlənməsi nəticəsində TƏBİB kimi xoşməramlı bir ideya doğulur, xəstəxanalar "bandit" və "julik"lərin əlindən alınıb xalqın ixtiyarına verilir, amma qoca professor bu qurumun ləğvini çıxış yolu görür?! Deməli, səhiyyəmizdən də mehdiyevlərin, cəfərovların təmizlənməsi kimlərisə narahat edib. Çünki xəmiri , mayası rüşvətlə yoğrulmuş , o "julik" ağxalatlılar xəstəxanaları bazara çevirib pul qazanırdı, pulsuzluqdan vətəndaş xəstəliyi ilə barışıb özü öz ölümünə fərman verirdi. Vüqar Qurbanovun rəhbərliyi altında isə TƏBİB-in tabeliyində olan xəstəxanalar xalqa xidmət edir. Bu gün hansı xəstəxana, poliklinika olur-olsun, hər bir vətəndaş pulsuz müayinə və əməliyyat olunur. Yəni TƏBİB xəstəxanaları xalqa qaytarıb, əhali cəfərovlardan xilas olub. Həmçinin həkimlər icbari tibbi sığortanın imkanlarından yararlanır. Bu sistemin nəyi pisdir? Bütün dünyada var. Hansı ki, illər əvvəl hamı bar-bar bağırırdı Türkiyədə, Avropada var, bizdə niyə tibbi sığorta yoxdur?! İndi onun mükəmməl modelini tətbiq etmişik, ildən-ilə bu sistem inkişaf edir, TƏBİB-in tabeliyində olan xəstəxanalarda həkimlər rüşvət almır, heç buna ehtiyacı da yoxdur, amma Çərkəz Cəfərov bu strukturun ləğvini təklif edir, təhqirə yol verərək başda oturanları "julik" adlandırır.
Halbuki Vüqar Qurbanov və komandasının ilk missiyası elə "julik"ləri səhiyyəmizdən təmizləmək oldu. Mehdiyev idarəetməyə zərbə vurduğu qədər Çərkəz Cəfərov kimilər də səhiyyəyə pislik ediblər. Söhbət onun fəaliyyətindən getmir, ideyaları zərərlidir. Ola bilsin ki, öz işinin mütəxəssisidir, amma kimlərinsə təsiri altında başqa istiqamətə işləyir...
Onun gözü görmək istəmir ki, xəstəxanalar artıq biabırçı vəziyyətdə deyil, normal xidmət sistemi var. Gəlin əvvəlki dövrləri yada salaq, indiyə baxaq - o vaxtlar hər addımbaşı xəstədən pul alırdılar. İndi 83 yaşlı Cəfərova demək lazımdır ki, "Meşədibadın nəyi xoşuna gəlirdi"?
Deməli, pulu. Yəni TƏBİB olana qədər rüşvət olub və Cəfərov da bu qurumun ləğv edilib köhnə əyyama qayıtmasında maraqlıdır. Ay sən ölməyəsən, ölmüşdü Xankişi!
Ümumiyyətlə, Cəfərovdu, İmamverdiyevdi, neçə-neçə bir ayağı evdə, bir ayağı... efirlərdə olanlara kimsə izah etməlidir ki, daha sizin danışan vaxtınız deyil, mətbuata çıxıb şaltay-baltay vurursunuz.
Kor-kor, gör-gör ki, TƏBİB xəstəxanaları hansı səviyyəyə gətirib.
Eyni zamanda, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə hər həftə qəbullar keçirir, vətəndaşların şikayət və müraciətinə baxır, bölgələrdə görüşləri olur, insanları yerindəcə dinləyir, problemini həll edir. Etiraf da edək ki, Vüqar Qurbanov tənqidlərə də hər zaman açıq olub, hörmətlə yanaşıb. Əlbəttə qarşı tərəf haqqlı, ədalətli olarsa...
ağsaqqal professor bilmək olmur ki, Brejnevin, yoxsa Xruşşovun dövründə qalıb. Böyük ehtimalla orada ilişib qalıb və Ramiz Mehdiyev kimi köhnə nomenklatura adamı olaraq keçmişdən qopa bilməyib. Çünki bilməliydi ki, xəstəxanalarda onun devrində olduğu kimi pul alınmır, bu ,, juliklərə" sərf etməsə də hər şey şəffaf idarə olunur. Ona görə pasientə bankomat kimi baxmağa ehtiyac yoxdur. Onun ya xəbəri yoxdur, ya da cənab prezident İlham Əliyevin qərarı və dəstəyi ilə həyata keçirilən icbari tibbi sığortanın verdiyi imkanları sabotaj edir. Bu gün artıq əksər sahələr üzrə vətəndaşlar icbari tibbi sığortadan yararlanır.
Bir sözlə, belə adamlara Allah ağıl versin demək istərdik, amma bu yaşdan sonra da çətin verə...

Xalqın TƏBİBLƏ bağlı olan təəssüratlarını bəzilərinə müəllifi olduğum şerlə başa salmağa çalışacam. Neyniyim, yazı ilə başa sala bilmədiklərimi şerlə başa salmağa çalışıram,,,))


Kasıbın ,fəqirin dərdinə dərmandı TƏBİB
ALLAH nə gözəl ,əhdinə PEYMANDI TƏBİB!

Keçib o,devr deyil ,arada pul oynamayır
Həkimə nə ehtiyac ,rüşvət dəxi. almayır
Xəstə də xəstəliyin heç ürəyinə salmayır
Kasıbın fəqirin dərdinə dərmandı TƏBİB
ALLAH nə gözəl əhdinə PEYMANDI TƏBİB

Gündə bir yenilik xidməti məkan açılır
Fəqirin ruhunu oxşar , neçə güman açılır
Xəstə getmir uzağa ,bəlli ünvan açılır
Kasıbın fəqirin dərdinə dərmandı TƏBİB
ALLAH nə gözəl ,dövrü GÜLÜSTANDI TƏBİB!

Gəldilər hey üstünə , qaraguhu gah məmuru
Qoydular məclisə Allah, Vüqarı gah Zauru
Şərlədilər ,şər atdılar həyasızlar abırsızlar
Həzm edə bilmədilər , kasıba həyandı TƏBİB
Allah nə gözəl, Sahibi zamandı TƏBİB!

Bitirib təhsilini, iş tapa bilmirdi həkim
Bulanıb rüşvətə hey,dil qısa dinmirdi həkim
Özündən utanıb,üz qara ,gülmürdü həkim
Bitdi əlbət acı günlər, son qoydu TƏBİB
Çarəsiz kimsəsizə xub,həyan oldu TƏBİB


Yox ümüd yox bir inam həyatı dönüb virana
Gedirdi xəstə olan gah İrana gah Turana
Çarəsiz dönürdü fəqir,and içərəm Qurana
Şükür Allah, çox şükür, qibleyi imandı TƏBİB
Vallah xəstəyə inam, şəfayi dərmandı TƏBİB

Can həkimi can alırdı,cərrahının ,,tası " betər
Diri ikən ölmüş kasıb , ölüsünün yası betər
Səbr etdi, fəqət ,gəldi Təbib, şükür Xüda zülüm bitər
Çatdı imdadımıza həzrəti Hızırdı Təbib
Dərdlinin dərdinə məlhəm, hər zaman hazırdı TƏBİB


TƏBİBİM hörmət edir,şəhid olan ailələrə
Növbəsiz Qazi keçir, bütün olan növbələrə
Əhvi yox ,rüşvətin əsla ,deyilən tövbələrə
Sözü düz ,əməli düz haqqına fərmandı TƏBİB
Allah nə gözəl əhdinə peymandı TƏBİB

Nicat Mahmudov

Geri qayıt