Əsas Səhifə > Dünya > Avropada siyasi gərgin həftə başlayır

Avropada siyasi gərgin həftə başlayır


9-02-2026, 14:08
Avropada siyasi gərgin həftə başlayır

Avropanın siyasi və diplomatik həyatında gərgin bir dönəm başlayır.

Rublika.az "Politico"ya istinadən xəbər verir ki, bu həftə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri və digər rəsmiləri Avropanı güclü bir oyunçuya çevirməyin yollarını müzakirə edəcəklər.

İtaliyanın keçmiş Baş naziri Enriko Letta bu haqda bildirib:

"Qarşıdakı günlər Avropanın həqiqətən birləşmiş və müstəqil ola biləcəyini göstərəcək".

Fevralın 11-də Aİ müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər.

Kiyev nümayəndələri bu çərçivədə "Patriot" zenit-raket sistemləri və dronlar da daxil olmaqla silah və vəsait verilməsini istəyəcəklər.

Fevralın 12-də Aİ-nin iqtisadi sammiti keçiriləcək. Avropa liderləri yığılmış iqtisadi problemləri həll etməli və Vaşinqtonla ticarət müqaviləsinin taleyini müəyyənləşdiməlidirlər.

Fevralın 13-də isə Münhen Təhlükəsizlik Konfransının başlayacağı gözlənilir. Burada Avropa liderləri Ukrayna və trans-Atlantik münasibətlərin gələcəyinə dair fikir mübadiləsi aparacaqlar.

Toplantıda ABŞ-ın dövlət katibi Marko Rubio və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard da iştirak edəcəklər.

Rublika.az
Geri qayıt