Əsas Səhifə > Hadisə > Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi
Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi4-01-2017, 12:26 |
|
Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. Rubrika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-dən məlumat verilib. İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub. ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək. Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb. rubrika.az Geri qayıt |