Əsas Səhifə > Dünya > ABŞ-dan Türkiyəyə gizli Suriya təklifi – Detallar
ABŞ-dan Türkiyəyə gizli Suriya təklifi – Detallar5-01-2017, 10:05 |
|
ABŞ Müdafiə Nazirliyinin bir rəsmisi Türkiyəyə Suriya ilə bağlı bəzi təkliflər verdiklərini açıqlayıb. Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, rəsmi Vaşinqton Ankaraya Əl Bab əməliyyatlarında ciddi dəstək verməyi təklif edib. Qarşılığında isə PYD/PKK silahlılarına təzyiqin dayandırılmasını istəyib. Adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi “Anadolu” agentliyinə açıqlamasında müzakirələrin hələ də davam etdiyini bildirib: “Əl Bab əməliyyatları çərçivəsində Türkiyəyə pilotsuz uçan aparat (PUA), havadan dəstək və İŞİD-ə qarşı döyüşən Suriya müxalifətinə müəyyən yardım edilməsini təklif etdik. Bunun qarşılığında isə PYD/PKK ünsürlərinə müdaxilənin dayandırılması ilk şərtimiz oldu. Daha sonra Əl Bab-dan sonra əməliyyatların Menbici əhatə etməməsini istədik. Biz hərbi əməliyyatların yalnız bir nöqtədən – beynəlxalq koalisiya tərəfindən idarə olunmasının tərəfdarıyıq. Türkiyə rəsmiləri bu təklifi uzun müddət rədd etsə də, müzakirələr hələ də davam edir”. Rubrika.az Geri qayıt |