Əsas Səhifə > Dünya, Manşet > Türkiyə prezidentindən “Reina” terroru ilə bağlı önəmli açıqlamalar...
Türkiyə prezidentindən “Reina” terroru ilə bağlı önəmli açıqlamalar...5-01-2017, 10:12 |
![]() Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reina” terroru ilə bağlı danışarkən “məqsədləri bizi bir-birimizin üstünə düşürmək idi” deyib. Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, Ərdoğan daha sonra aşağıdakıları bildirib: “Yeni ilə yeni ümidlərlə girməyin həyəcanı içində olsaq da, təəssüflər olsun ki, terror bu dəfə də ən xain, ən alçaq üsullarla ölkəmizi hədəf aldı. 2017-ci ilin ilk saatlarında İstanbul Ortaköydəki əyləncə məkanına hücum edən terrorçu 39 nəfəri öldürdü, 71 nəfəri yaraladı. Bu vəsilə ilə bir daha terrorda həyatını itirənləri hüzn və hörmətlə yad edir, yaralananlara Allahdan şəfa diləyirəm. Bu hücumların məqsədi bizi bir-birimizin üstünə düşürməkdir. Cəmiyyət içindəki çatları dərinləşdirmək istəyənlər hər cür fürsəti dəyərləndirməkdən geri qalmırlar. Türkiyə terror təşkilatları üzərindən atəşlə imtahan edilir. Hər mübarizədə olduğu kimi, bu asimmetrik hücumlar zamanı da təəssüflər olsun ki, itkilərimiz olur. Torpağa düşən hər can bir od kimi ürəyimizi yandırır. Bu hücumların əsas məqsədi bizim müvazinətimizi pozmaq, duyğularımızı ağlımızın qabağına keçirmək, bizi bir-birimizə düşürməkdir. Bu oyuna girməyəcəyik, lazım gəlsə, “qan qusub, qızıl şərbət içdik” deməyin bahasına da olsa, dik dayanacağıq, soyuqqanlılığımızı hər zaman qoruyacağıq. Əsasən Türkiyənin böyüklüğü, Türk millətinin gücü qarşısında məruz qaldığımız terror hücumları, ürəyimizə saldıqları ağrı bir yana, bunlar həm də “yel qayadan nə aparar” miqyasında hadisələrdir. 1800-cü illərin əvvəlində Osmanlı əhalisinin sayı 20 milyondu. Biz sadəcə Balkanlardan geri çəkildiyimiz zaman 2 milyon itki vermiş millətik. 1-ci Dünya Müharibəsindəki itkilərimiz yenə milyonlarla ölçülürdü. Cümhuriyyət qurduqdan sonra ilk dəfə 1920-ci ildə əhalinin sayı qeydə alındı. Həmin vaxt əhalinin sayı təxminən 13 milyon nəfər idi. Bu millət üçün üç-beş terror təşkilatının hücumu, can yandıran olsa da, təslimiyyət səbəbi ola bilməz”. Ərdoğan nitqinə belə davam edib: “Qaçmaq namərdlərin işidir. Bizim millətimiz hər zaman mərd olub, meydanları öz səsi ilə inlədib. Zaman-zaman qeyd etdiyim kimi, bu gün Türkiyə yeni bir istiqlal mücadiləsi içindədir. Bu mübarizəni qazansaq, 2023-cü il hədəflərimizə çatacağıq. Amma bu mübarizəni itirsək, 100 il öncə nail olmadıqları bir Sevr dəzgahını qabağımıza gətirəcəklər. Bütün vətəndaşlarımızın, məsuliyyət sahibi hər kəsin məsələyə bu şüurla yanaşması, üslubunu, tövrünü buna görə müəyyənləşdirməsi lazımdır. “Türkiyə terrora təslim oldu” demək, terroristlə, terror təşkilatları ilə eyni cəbhədə yer almaq deməkdir. Terror təşkilatının bütün məqsədi insanlara məhz bu sözü dedirtməkdir. Bu sözü deyən insan siyasətlə məşğul olmur. Sadəcə şər ittifaqının dəyirmanına su daşımış olur”. Rubrika.az Geri qayıt |