Əsas Səhifə > Cəmiyyət > Ölkə başçısına müraciət edən şəhid atasından İLGİNC FAKTLAR

Ölkə başçısına müraciət edən şəhid atasından İLGİNC FAKTLAR


5-01-2017, 10:34
Ölkə başçısına müraciət edən şəhid atasından İLGİNC FAKTLAR

“Cənab prezident, cənab Ramiz Mehdiyev mən və oğlum sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Lakin Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev bizi müflis edib”.

Bu sözlər Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə növbəti müraciətindəndir. Şəhid atası müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. Əli Hüseynov yazır ki, Sahibkarkığa Kömək Milli Fondundan kredit almaq istəsələr də, onların qarşısında müəyyən şərtlər irəli sürülüb:” (azadlıq.info)Bu şərtləri qəbul etmədiyimizə görə Şirzad Abdullayev bizə vəsait ayırmaq istəmir. Bununla bağlı müvafiq qurumlara şikayətimizdən sonra Yasamal Rayon Prokurorluğunda araşdırma başlanıb. Biz lazım olan bütün materialları, faktları prokuroluğa təqdim etmişik. Eyni zamanda ifadəmiz alınıb. Lakin Baş Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov faktla bağlı cinayət işinin başlanmasına mane olur və şikayətimiz araşdırılması olması şikayətçi olduğumuz orqana göndərilir.

rubrika.az
Geri qayıt