Əsas Səhifə > Hadisə > 26 yaşlı Bakı sakininə İŞİD-ə qoşulmaq üçün 14 min dollar təklif olunub
26 yaşlı Bakı sakininə İŞİD-ə qoşulmaq üçün 14 min dollar təklif olunub5-01-2017, 12:20 |
![]() Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasına qoşulmaq təklif olunub. Rubrika.az “Report”a istinadən bildirir ki, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib. O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib. O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. rubrika.az Geri qayıt |