Əsas Səhifə > Şou Biznes > Türkiyəni təhqir edən modelyer Bakıya gələrkən saxlanıldı

Türkiyəni təhqir edən modelyer Bakıya gələrkən saxlanıldı


5-01-2017, 15:24
Türkiyəni təhqir edən modelyer Bakıya gələrkən saxlanıldı

Türkiyə dövlətini və türk xalqını təhqir edən məşhur modelyer Barbaros Şansal Şimali Kiprdən İstanbula gələrkən Atatürk hava limanında saxlanılıb.

Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, o, İstanbul vasitəsilə Bakıya getməyi planlaşdırıbmış.

Modelyerin Yeni il ərəfəsində sosial şəbəkələrdə yerləşdirdiyi videoda türk xalqını təhqir etməsi kütləvi etirazlara səbəb olub. "Bu qədər jurnalist həbs olunub, bu qədər uşaq zorakılığa məruz qalıb, hər yerdə rüşvət var, siz də yeni ili qeyd edirsiniz?” - deyə videoda modelyer bildirib.

“Mən qeyd etməyəcəyəm. Mən indi bardakı bütün spirtli içkiləri içirəm. Bütün dollarlarımı İsveçrə banklarına köçürəcəyəm, sizə bir sent də verməyəcəyəm. Siz isə bu dəhşət və işgəncələr içərisində yeni ili bayram etməkdə davam edin. Öz çirkabında boğul, Türkiyə!” – Şansal bildirib.

Video kütləvi narazılığa səbəb oldu. Növbəti gün polis Barbaros Şansalın Türkiyə dövlətini və xalqını təhqir etməsi ilə bağlı məlumat yayıb. Modelyer saxlanılaraq İstanbula gətirilib. Hətta bir nəfər təyyarədə ona hücum edərək döymək istəyib.

Qeyd edək ki, modelyer narkotik vasitələri saxladığına görə Şimali Kiprdə həbs olunmuşdu. 2015-ci ildə o, həbsxanada cəmi altı gün qalıb. Amma bu dəfə 60 yaşlı modelyerə asan olmayacağı bildirilir. O, insanları təhqir etməkdə, insanlar arasında kin və düşmənçilik yaymaqda ittiham olunur.

Barbaros Şansal Ankarada anadan olub və Londonda model işinə başlayıb. O, həmçinin Türkiyə televiziyalarında veriliş aparıb, moda haqqında kitab yazıb. Türkiyə universitetlərində moda ilə bağlı dərs deyib.

rubrika.az
Geri qayıt