Əsas Səhifə > Hadisə > Türkiyədə yeni FETÖ həbsləri: 105 hərbçinin xanımı tutuldu

Türkiyədə yeni FETÖ həbsləri: 105 hərbçinin xanımı tutuldu


5-01-2017, 15:54
Türkiyədə yeni FETÖ həbsləri: 105 hərbçinin xanımı tutuldu

Türkiyədə 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinə cəhd cinayət işi üzrə həbslər davam edir.

Rubrika.az-ın APA TV-yə istinadən məlumatına görə, bu dəfə sözügedən işin istintaqı üzrə məsuliyyətə cəlb olunan 105 yüksək rütbəli hərbçinin həyat yoldaşı barəsində həbs qərarı verilib.
Bu hərbçilər 2010-cu ildən bəri davam edən "KPSS" cinayət işi üzrə həbs olunsalar da, həyat yoldaşları 15 iyul tarixində baş vermiş çevriliş cəhdinin istintaqı ilə bağlı saxlanılıblar. Belə ki, onların FETÖ terror təşkilatının üzvləri olmaqla yanaşı, hizmət hərəkatına vaxtaşırı pul köçürdükləri, çevriliş cəhdinin planlaşdırılması və həyata keçirilməsinə yönələn hadisələrdə iştirakı, eləcə də "KPSS" testlərini imtahandan öncə əldə edərək satdıqları bildirilir.
Qeyd edək ki, əməliyyatlar Ankara, İstanbul və İzmir də daxil olmaqla, Türkiyənin ümumilikdə 31 bölgəsində həyata keçirilir.

rubrika.az
Geri qayıt