Əsas Səhifə > Dünya > ABŞ meydanı Rusiyaya buraxdı – Türkiyə

ABŞ meydanı Rusiyaya buraxdı – Türkiyə


6-01-2017, 09:00
ABŞ meydanı Rusiyaya buraxdı – Türkiyə

Əvvəldən indiyə qədər Suriya siyasətində böyük yanlışların olduğuna inananlardanam.

Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Hürriyət” qəzetinə açıqlamasında Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib.

O, Türkiyənin hər şeyə rəğmən Əsəd rejimin yanında olmayacağını və Ankaranın əvvəllər buraxdığı səhvləri düzəltməyə çalışdığını bildirib:

“Böyük rəsm çox aydındır. Bir əsr əvvəlki oyunun 2-ci pərdəsi oynanılır. Region yenidən dizayn edilir, bölünmək üçün hazırlanır. Buradakı oyunu poza biləcək yeganə ölkə Türkiyədir və onun da buraya müdaxilə edilməsi istənilmir. Yaxın Şərqin 2-ci Sayks-Pikota (XX əsrin əvvəllərində İngiltərə, Fransa və Rusiya arasında Yaxın Şərqin bölüşdürülməsinə dair imzalanan gizli müqavilə - red.) getdiyi aydındır. 10 il əvvələ baxanda Yaxın Şərqin məzhəbi baxımdan daha az parçalanmış vəziyyətdə olduğunu görə bilərik. Bütün proseslər 1991-ci ildə İraqın işğalı ilə başlayır.

N.Qurtulmuş Türkiyə baş naziri Binəli Yıldırımın İraqa səfəri zamanı Bağdadla Başikadakı türk əsgərlərlə bağlı məsələni müzakirə edəcəyini deyib:

“Onlara sərf edəcək anlaşma hazırlayırıq. İraqdan çıxmağımız müzakirə mövzusu olmayacaq. Suriyada ruslarla aparılan danışıqlar nəticəsində yaxşı bir Hələb razılaşması və bunun ardınca isə Suriya razılaşması əldə etməliyik. Rusiya Əsəd rejiminin yanında yer alıb, savaşdan öncə sahib olmadığı gücə sahib oldu. Ruslar yenidən Yaxın Şərqə geri dönüblər. ABŞ nə edəcəyini bilmədiyi üçün meydanı ruslara buraxıb”.

Rubrika.az
Geri qayıt