Əsas Səhifə > Hadisə > Türkiyənin təhlükəsizliyi Naxçıvandadır - Ərdoğan
Türkiyənin təhlükəsizliyi Naxçıvandadır - Ərdoğan6-01-2017, 11:00 |
|
Millətimizi bir-biri ilə düşmən etmək istəyirlər. Bu günə qədər cəhd etmədikləri yol qalmadı. Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada “Keçiören” metrostansiyasının açılışındakı çıxışında deyib. Onun sözlərinə görə, Türkiyənin təhlükəsizliyi regional faktorlardan asılıdır: “Biz bu təhdidləri qarşılamasaq, oradakı qardaşlarımızın təhlükəsizliyini qoruya bilmərik. Türkiyənin təhlükəsizliyi Qaziantepdə yox, Hələbdə, Qarsda yox, Naxçıvanda, Artvində yox, Batumidədir. Ölkəmizə istiqamətli təhdidləri yox etmək məcburiyyətindəyik. Həm meydanda, həm də masada hüququmuzu sonuna qədər qorumalıyıq”. Rubrika.az Geri qayıt |