Əsas Səhifə > Media > Aysel Əlizadə Bahar Muradovaya: "Yorğanı da qısadı, zorla çatır dizinə..."
Aysel Əlizadə Bahar Muradovaya: "Yorğanı da qısadı, zorla çatır dizinə..."6-01-2017, 16:19 |
|
Tərcüməçi-yazar Aysel Əlizadə Milli Məclis sədrinin müavini Bahar Muradovaya şeir yazıb. Rubrika.az Moderator.az-a istinadən həmin şeiri təqdim edir: "Bahar Muradovaya Özümdən tonqal çatsam, Yanarmı dərd gözünəcən? Mən canımı qalasam Od çıxar göy üzünəcən... Çağırsam dərdi olanı Ruhu yaralı bədəni Ağrıdan ağlı öləni Üstümdən atsam, dirilər? Çoxdan yorgundu, yorğun Nəfəsi itir xalqın Canı çıxır ağzından Qurban olsam, dirilər? Gözləri açıq yatır, Dərdi girir gözünə. Yorğanı da qısadı, Zorla çatır dizinə. Başındakı çəkici Çıxart, çıxarda bilsən Döyəc-döyəcdi içi Sağalt, sağalda bilsən. Günəş sönür ölkənə... Xalqının bu gününə Ağla, ağlaya bilsən, Sən canın, yoxsa, dəymə. Sabir demiş, “ölür ə!” Rubrika.az Geri qayıt |