Əsas Səhifə > Şou Biznes > Aygün Kazımova liderdir - Mənfi xəbərlər üzrə...
Aygün Kazımova liderdir - Mənfi xəbərlər üzrə...6-01-2017, 17:30 |
|
Azərbaycanda bütün medianın monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. 2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9866 xəbər yerləşdirilib. Bunlardan 8 xəbər mənfi, 18 xəbər müsbət və 9840 xəbər isə neytraldır. Mənfi xəbərlər Aygün Kazımova (5 xəbər – jurnalistlərlə müğənni arasında yaşananlar), Ədalət Şükürov (2 xəbər – müğənninin oxuya bilməməsi iddiası) və Elza Seyidcahana (1 xəbər – müğənnini təhqir etdilər) aiddir. Müsbət xəbərlər isə Alim Qasımova, Faiq Ağayev, Məleykə Əsədova, Miri Yusif, Nigar Camal, Oksana Rəsulova, Sevda Yəhyayeva, Sevil və Sevinc bacıları və Zamiq Hüseynova (2 xəbər – "Azerbaijan Best Awards” mərasimində mükafat alıblar) məxsusdur. rubrika.az Geri qayıt |