Əsas Səhifə > Media > “Turkish Airlines” 395 reysi təxirə saldı - Siyahıda Bakı və Gəncə də var
“Turkish Airlines” 395 reysi təxirə saldı - Siyahıda Bakı və Gəncə də var7-01-2017, 12:28 |
|
Türkiyənin “Turkish Airlines” aviaşirkəti yağan güclü qar və pis hava şəraiti səbəbindən 7 yanvar tarixinə planlaşdırılan 395 reysi təxirə salıb. Rubrika.az Report-a istinadən bildirir ki, təxirə düşən reyslər arasında Bakı və Gəncə istiqamətində olan uçuşlar da olub. Uçuşlar “Atatürk” və “Səbiha Gökçan” aeroportlarından yerinə yetirilməli idi. İstanbuldan Bakıya “TK 338” saylı, Gəncəyə isə “TK 328” aviareyslər təxirə salınıb. Hər iki reyslə uçmalı olan təyyarələr bu gün səhər saatlarında Azərbaycanda eniş etməli idilər. Atatürk Beynəlxalq Hava Limanı hava şəraiti ilə əlaqədar aviaəlaqə üçün tamamilə bağlanıb. rubrika.az Geri qayıt |