Əsas Səhifə > Hadisə > Milli Parkda güllələnmə - AĞIR YARALI VAR

Milli Parkda güllələnmə - AĞIR YARALI VAR


7-01-2017, 13:20
Milli Parkda güllələnmə - AĞIR YARALI VAR

Lənkəranda güllələnmə olub.

Rubrika.az APA TV-yə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ağır yaralanıb.
Güllə yarası alan Hirkan Milli Parkının əməkdaşıdır. Hadisə şahidi Kamal Seyfullayevin sözlərinə görə, Hirkan Milli Parkının əməkdaşları işdən çıxıb evə gedən zaman Bürcəli kəndi ərazisində atəş səsləri eşidiblər. Onlarla bərabər gecə növbəsindən çıxan əməkdaşlardan - 32 yaşlı Taleh Abbasov yoldaşlarından bir qədər geri qalıb. Bir müddətdən sonra o, iş yoldaşlarına zəng edərək güllələndiyini xəbər verib. Hadisə yerinə gələn yoldaşları Talehin motosikldan yıxılaraq qan içində olduğunu görüblər. Yaralı dərhal kənd tibb məntəqəsinə aparılıb. Ona ilkin yardım göstərildikdən sonra yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan dərhal əməliyyata götürülüb. Bir neçə saat aparılan cərrahiyyə əməliyyatından sonra onun həyatını xilas etmək mümkün olub.
Hadisənin kim və kimlər tərəfindən, hansı məqsədlə törədilməsi məlum deyil. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrika.az
Geri qayıt