Əsas Səhifə > Hadisə > Tramp, neft, dollar və Azərbaycan haqda proqnoz
Tramp, neft, dollar və Azərbaycan haqda proqnoz7-01-2017, 15:54 |
![]() “2017-ci il dünya iqtisadiyyatı üçün uğurlu il olmayacaq”. Rubrika.az aznews.az-a istinadən bildirir ki, bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının əsasını neftin qiyməti təşkil edəcək: “Amerika Birləşmiş Ştatlarının yeni dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayır. Bu o deməkdir ki, Amerika nefti dünya bazarına çıxacaq və neftin qiymətində müəyyən problemlər yaranacaq. Bu problem dünya iqtisadiyyatına təsir edəcək, o cümlədən Amerika valyutası olan dollar bahalaşacaq. Bu bahalaşma isə bütün dünyanın iqtisadiyyatına mənfi təsir edəcək”. Vahid Əhmədov bu ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olmayacağını deyib: “Azərbaycanda da kadr islahatları aparılması planlaşdırılıb. Bu islahatları aparmaq üçün yeni hökümət formalaşmalıdır. İlin birinci yarısı təlatümlü olsa da, ikinci yarısı üçün müsbət addımlar atılacaq”. rubrika.az Geri qayıt |