Əsas Səhifə > Hadisə > Türkiyədə FETÖ üzvü olan 6022 hərbçi, polis, müəllim və həkim işdən qovuldu - YENİ QANUN
Türkiyədə FETÖ üzvü olan 6022 hərbçi, polis, müəllim və həkim işdən qovuldu - YENİ QANUN7-01-2017, 16:41 |
![]() Türkiyədə fövqəladə vəziyyət çərçivəsində üç yeni qanun hökmündə qərarnamə açıqlanıb. Rubrika.az APA TV0yə istinadən bildirir ki, qərarnamələrə əsasən, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyindən FETÖ ilə əlaqəsi olduğu təsdiqlənən 4386 əməkdaş xaric edilib. Hərbi Dəniz Qüvvələrindən 149 hərbçi istefaya göndərilib, Səhiyyə Nazirliyi 838 əməkdaşla əlaqəni kəsib, 649 müəllim və professorun fəaliyyətinə son qoyulub, 20 vilayətdə 83 qeyri-hökumət təşkilatı bağlanıb. Bundan başqa 20 yüksək rütbəli sabiq polis zabitinin rütbələri ləğv edilib. Yeni qərarnaməyə əsasən, xaricdə olan, ölkəyə qayıtmasına göstəriş verilən şəxslər üç ay ərzində geri qayıtmasalar, onların Türkiyə vətəndaşlıqları ləğv ediləcək. Radio Televiziya Ali Qurumunun qoyduğu yayın qadağasına əməl etməyən telekanalların fəaliyyəti bir gün dayandırılacaq. Əvvəlki qərarnamələr ilə fəaliyyətinə son qoyulmuş 10 qəzetin yayımına icazə verilib. Bunların hamısı regional qəzetlərdir. Qanun hökmündə qərarnamə həmçinin polisə sosial medya profillərinə dair məlumatları əldə etmək hüququ da verib. Rubrika.az Geri qayıt |