Əsas Səhifə > Hadisə > Bakıda Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib
Bakıda Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib7-01-2017, 16:51 |
![]() Bakıda Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib. Rubrika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar. Rubrika.az Geri qayıt |