Əsas Səhifə > Hadisə > Prezident yeni səfirləri qəbul etdi
Prezident yeni səfirləri qəbul etdi9-01-2017, 12:00 |
|
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib. Rubrika.az Ölkə.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun etimadnaməsini də qəbul edib. Azərbaycan Prezidenti, həmçinin Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib. Rubrika.az Geri qayıt |