Əsas Səhifə > Hadisə > Elman Rüstəmovun bankirlərlə iclasının səbəbi məlum oldu — Manat tam üzən məzənnəyə keçir
Elman Rüstəmovun bankirlərlə iclasının səbəbi məlum oldu — Manat tam üzən məzənnəyə keçir11-01-2017, 17:59 |
![]() Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib. Rubrika.az APA-ya istinadən xəbər verir ki, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq". Bankirlər isə "APA-Economics"ə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək. Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil. rubrika.az Geri qayıt |