Əsas Səhifə > Qanun > Prezidentdən nazirlərə qəti - Tapşırıqlar

Prezidentdən nazirlərə qəti - Tapşırıqlar


12-01-2017, 09:22
Prezidentdən nazirlərə qəti - Tapşırıqlar

Ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2017-ci il üçün mühüm göstərişlərini də dilə gətirdi.

Prezident İlham Əliyev ilk növbədə Ələt limanı ilə bağlı tapşırığını açıq şəkildə bildirdi: “Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır”.

İqtidar üçün dövlətin, xalqın maraqlarının əsas olduğunu vurğulayan İlham Əliyev həmçinin iqtisadi sabitliklə bağlı da tapşırıq verdi: “Bu il də Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməli, inflyasiya birrəqəmli olmalıdır”.

Rubrika.az
Geri qayıt