Əsas Səhifə > Şou Biznes > Devalvasiya divan tutur: müğənnilərə, studiyalara, şadlıq evlərinə - ŞOK TƏFƏRRÜFAT
Devalvasiya divan tutur: müğənnilərə, studiyalara, şadlıq evlərinə - ŞOK TƏFƏRRÜFAT13-01-2017, 13:44 |
![]() İqtisadi böhran sənət adamlarına, səsyazma studiyalarına, toylarda ifa etməyin qiymətinə də təsir edib Müğənnilərin toy qiymətləri aşağı düşüb, studiyalarda səs yazmaq isə bahalaşıb. Bu şəbəkənin davamı kimi toylarda tamadalıq və ifaçılıq ucuzlaşıb. Bütün yük və zərər müğənnilərin üzərinə düşüb. 2015-ci ildən başlanan durğunluq və bahalaşma 2017-ci ilin əvvəlində daha da dərinləşib. Devalvasiya şadlıq evlərini, restoranları da vurub. Paytaxtdakı şadlıq evləri, restoranlar artıq ay ərzində 1-2 toy görəndə sevinclərinin hüdudu olmur. Restoranlardan, şadlıq evlərindən də bunu təsdiq ediblər. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir. Bu da cəmiyyətdə bir depressiya, ovqatsızlıq və yeni ilə ümidsizlik yaradıb. İnflyasiyanın pul qazananların gəlirini yediyi, böhranın onsuz da məhdud olan iş yerlərini əjdaha kimi udduğu dövrdə cəmiyyətin büdcədən gözləntiləri birə iki artır. Bu vəziyyətdə müğənnilər və restoranlara da özünü sığortalaya bilmir. Azərbaycanın milli valyutasının üzən məzənnəyə keçməsi, dolların kəskin artması fonunda manatın devalvasiyaya uğraması ölkənin bütün sektorlarına təsir edib. Müşahidə olunan qiymət artımı artıq şadlıq saraylarının menyularına da yavaş-yavaş ayaq açmaqdadır. Onsuz da baha başa gələn toy qiymətlərinin devalvasiyadan sonra kəllə-çarxa çıxacağını demək elə də çətin deyil.(politika.az) Belə ki, ötən ilin fevral ayından öncə 10-15 min manata başa gələn toy qiymətləri birinci devalvasiyadan sonra ən azı 10-15 faiz qalxıb. Bu dəfə isə qiymətlərdə azı 30-35 faiz artımın olacağı gözlənilir. Paytaxtdakı məşhur şadlıq saraylarından birinin administratoru deyir ki, qiymətlərdəki artım onların təklif etdiyi menyuda da öz əksini tapacaq. Amma yenə də başlıca məqsəd toy sahibini bütün hallarda razı salmaqdır. Vaxtilə tanınmışlar toylarının bol olması, imkanlarının, bahalı maşınlarının varlığı ilə fərqlənməyə çalışırdılarsa, bu gün tanınmış sənət adamları da sıxıntılarını yavaş-yavaş dilə gətirməyə başladılar. Təbii ki, xalqın, cəmiyyətin sosial durumunun zəifliyi birbaşa sənətçilərin gəlirinə də təsirini göstərmiş oldu. Nəzərə alsaq ki, sənətçilərimizin demək olar ki, əsas gəlir yeri toydu və insanların sosial durumu çətin olduqdan, bu, toylara da təsirini göstərir, onda müğənnilərin nəyə görə sıxıntı yaşadığını anlamaq çətin deyil. Özlərinə mənəm-mənəm deyən müğənnilər də əslində bu gün həm də bir daha onu öyrənmiş oldular ki, onların toylarının bol olması, ulduz həyatı yaşaması əslində cəmiyyətin yaşayış səviyyəsindən asılıdır. Yəni xalqın sosial durumu yaxşı deyilsə, dolanışığı aşağı səviyyədədirsə, toylar da azalır, toya dəvət olunan müğənnilər də. Rubrika.az Geri qayıt |