Əsas Səhifə > Tənqid > Qafqaz Universiteti yerli-dibli ləğv olundu
Qafqaz Universiteti yerli-dibli ləğv olundu18-01-2017, 10:43 |
![]() "Qafqaz" Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib. Rektor açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb. “Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”. Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”. (azvision.az) Qeyd edək ki, "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən "Qafqaz" Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər. * * *10:12 Qafqaz Universiteti ləğv olunduğunu elan edib. Bu barədə «Vergilər» qəzetinin xüsusi buraxılışında xəbər verilib. Xəbərdə qeyd edilir ki, ali məktəb təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub. Kreditorlara iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirmələri tövsiyə edilir. Bu günlərdə məlum oldu ki, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Bu barədə Türkiyənin Yüksək Təhsil Şurası qərar çıxarıb. Hələ ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi. Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi. Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb. Rubrika.az Geri qayıt |