Əsas Səhifə > Hadisə > Rusiya İrəvana 300 milyon ayırır - Məxfi plan
Rusiya İrəvana 300 milyon ayırır - Məxfi plan18-01-2017, 12:28 |
|
Ermənistan hökuməti ümid edir ki, bu il ölkə iqtisadiyyatına Rusiyadan minimum 300 milyon dollar investisiya yatırılacaq. Bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet investisiyaların məhz iqtisadiyyatın hansı sahələrinə yönəldiləcəyini açıqlamayıb: “Bizim mənbələrin məlumatına görə, bu barədə siyasi qərar Rusiya rəhbərliyi tərəfindən qəbul edilib. Onlar bununla Karen Karapetyan hökumətinə dəstək vermək istəyirlər. Bu dəstək Karapetyanın Ermənistanın hakim dairələrində mövqelərinin gücləndirilməsinə və ictimaiyyət qarşısında nüfuzunun artırılmasına yönəlib. Qeyd edək ki, 300 milyon dollar bizim iqtisadiyyat üçün elə də böyük məbləğ deyil. Lakin əgər 2016-cı ildə ölkəyə xarici investisiyaların ümumi axınının bu rəqəmin heç yarısı qədər olmadığını nəzərə alsaq, o zaman Moskvanın dəstəyinin öz hədəfinə çatacağını təsdiq edə bilərik”. RUBRİKA.AZ Geri qayıt |