Əsas Səhifə > Hadisə > Türkiyə ordusunun daha 243 hərbçisi həbs olunub

Türkiyə ordusunun daha 243 hərbçisi həbs olunub


18-01-2017, 12:58
Türkiyə ordusunun daha 243 hərbçisi həbs olunub

İstanbul Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin 243 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib.

“Report” "Sabah" qəzetinə istinadən istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqdə şübhəli bilinirlər.
Həbs olunan hərbçilərdən 8-i polkovnik , 2-i isə polkovnik-leytenantdır. Həmin hərbçilər “ByLosk” kompüter proqarmının istifadəçiləri olublar.
Qəzetin yazdığına görə, Türkiyə Silahlı Qüvvələrinin daha 330 əməkdaşı bir müddət əvvəl “ByLock” proqramının istifadəçisi olmaqda şübhəli bilinərək həbs edilib.
Məlumata görə, FETÖ-çular bu proqramdan istifadə edərək fəaliyyətlərini əlaqələndirirmişlər.

rubrika.az
Geri qayıt