Əsas Səhifə > Hadisə > Avropa Parlamentinin yeni sədri seçildi

Avropa Parlamentinin yeni sədri seçildi


18-01-2017, 13:04


Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyası çərçivəsində baş tutan səsvermənin dördüncü turunun nəticələrinə əsasən qurumun yeni sədri vəzifəsinə Avropa Xalq Partiyasının nümayəndəsi, 63 yaşlı italiyalı Antonio Tayani seçilib.

Rubrika.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin sədri vəzifəsini tərk edən Martin Şults bildirib.
Martin Şults Almaniyada bu il keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədi ilə noyabrda qeyd olunan vəzifədən istefa verəcəyini elan edib.

Rubrika.az
Geri qayıt