Əsas Səhifə > Dünya > Andiçməyə 2 gün qalmış: TRAMP MƏHKƏMƏYƏ VERİLDİ

Andiçməyə 2 gün qalmış: TRAMP MƏHKƏMƏYƏ VERİLDİ


18-01-2017, 15:47
Andiçməyə 2 gün qalmış: TRAMP MƏHKƏMƏYƏ VERİLDİ

ABŞ vətəndaşı Sammer Zervos ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı məhkəməyə verib.

Rubrika.az-ın APA TV-yə istinadən xəbərinə görə o, milyarderi şərəf və ləyaqətini təhqir etməkdə ittiham edib.

Qeyd edək ki, S.Zevos bu ittihamları ötən ilin oktyabrında keçirdiyi brifinq zamanı səsləndirib. O, 2007-ci ildə Donald Trampın proqramında iştirak etdikdən sonra milyarderin onu işə götürəcəyini deyərək öz evinə dəvət etdiyini, daha sonra isə onunla yaxınlıq etməyə cəhd göstərdiyini bildirib.

Xatırladaq ki, Donald Tramp artıq Vaşinqtondadır və yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə hazırlaşır.

Rubrika.az
Geri qayıt