Əsas Səhifə > Hadisə > Rusiya və Türkiyə qırıcıları ilk dəfə: 36 hədəf məhv edildi

Rusiya və Türkiyə qırıcıları ilk dəfə: 36 hədəf məhv edildi


19-01-2017, 10:10
Rusiya və Türkiyə qırıcıları ilk dəfə: 36 hədəf məhv edildi

Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-leytenant Sergey Rudskoy Rusiya və Türkiyənin Suriyada birgə ilk əməliyyat təşkil etdiyini bəyan edib.

Rubrika.az Axar.az-a istinade xəbər verir ki, Rudskoy bu gün Suriyada Türkiyəyə məxsus 4 ədəd F-16 və F-4-ün, Rusiyaya aid isə 4 ədəd Su-24, 5 ədəd Su-25 və 1 ədəd Su-34 hərbi təyyarəsinin İŞİD-ə qarşı birgə əməliyyat keçirdiyini bildirib.

Əl Babda keçirilən əməliyyatda rus və türk qırıcıları İŞİD-ə məxsus 36 hədəfi məhv edib.

Rubrika.az
Geri qayıt