Əsas Səhifə > Hadisə > FES rəhbəri: "Uçot dərəcəsi bir neçə dəfə artırılacaq"
FES rəhbəri: "Uçot dərəcəsi bir neçə dəfə artırılacaq"19-01-2017, 11:36 |
![]() ABŞ-ın Federal Ehtiyatlar Sistemi 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır. Rubrika.az APA-ya istinadən bildirir ki, bunu FES-in rəhbəri Canet Yellen San-Fransisko şəhərində çıxış edərkən bildirib. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən C.Yellen bildirib ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq. “FES uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0,5-0,75 faiz səviyyəsindədir, 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq”, - deyə C.Yellen bildirib. rubrika.az Geri qayıt |