Əsas Səhifə > Hadisə > Tanınmış jurnalistin oğlu bıçaqlandı

Tanınmış jurnalistin oğlu bıçaqlandı


19-01-2017, 13:10
 Tanınmış jurnalistin oğlu bıçaqlandı

Ötən gün saat 17 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Rubrika.az Musavat.com-a istinadən bildirir ki, bıçaq xəsarəti almış 1985-ci il təvəllüdlü Səfərov Tural Mirzəbala oğlu təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib. Yaralının vəziyyəti ağır-stabil hesab olunur.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

Qeyd edək ki, Tural Səfərov Səbail rayonu Böyük Salyan şosesi ev 22, mənzil 119-da yaşayan "Bakı-xəbər" qəzetinin baş redaktorunun müavini, jurnalist Samirə Səfərovanın oğludur.

rubrika.az
Geri qayıt