Əsas Səhifə > Dünya > İranın Suriyada qazandıqları açıqlandı
İranın Suriyada qazandıqları açıqlandı19-01-2017, 14:15 |
|
Suriya müharibəsində Prezident Bəşər Əsədi dəstəkləyən İran Dəməşq rejimi ilə ciddi anlaşmalara imza atıb. Rubrika.az Xəbər7-yə istinadən məlumat verir ki, Tehranın Aralıq dənizinə çıxışını nəzərdə tutan anlaşma telekommunikasiya, enerji və kənd təsərrüfatı kimi sahələri də əhatə edir. Sövdələşmə Suriyanın Baş naziri İmad Hamisin ötən gün reallaşdırdığı Tehran səfərində detallı şəkildə müzakirə olunub. İranın I vitse-prezidenti İshaq Cahangiri ilə İmad Hamis arasında imzalanan 5 anlaşma belə sıralanır: * İranın mobil rabitə operatoru Suriyada yeni şəbəkə yaradacaq; * İranın neft anbarları üçün 5 min hektarlıq ərazi ayrılacaq; * Daha 5 min hektarlıq ərazi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İrana veriləcək; * Palmira şəhərinin cənubundakı fosfat mədənləri İran şirkətinə veriləcək; * Suriyadakı iribuynuzlu heyvan fermalarında iki ölkə əməkdaşlıq edəcək. İranın Aralıq dənizinə çıxışı Bəsrə körfəzindəki qaynaqlardan əldə etdiyi nefti Aralıq dənizi üzərindən ixrac etməsi ilə nəticələnə bilər. Bu yolla cənub qonşumuz 2011-ci ildən Əsədin müdafiəsi üçün xərclədiyi milyardlarla dolları kompensasiya edəcək. İran daha öncə Suriya rejiminə 10 milyard dollar məbləğində kredit verib. Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüzlərlə komandiri ilə birgə 5 ildən artıqdır ki, Suriyada aparılan hərbi əməliyyatlarda iştirak edir. Xatırladaq ki, Əsəd rejimi bundan əvvəl Rusiya ilə bənzər müqavilələr bağlayıb. Tartusdakı dəniz bazası ilə bərabər Latakiyada hərbi hava bazasının Moskvaya verilməsi təsdiqlənib, rus ordusunun Suriyadakı bütün fəaliyyətindən rəsmi Dəməşqin məsuliyyət daşıyacağı qəbul edilib. İki ölkə ayrıca 850 milyon dollar dəyərində müxtəliq müqavilələr imzalanıb. rubrika.az Geri qayıt |