Əsas Səhifə > Dünya > Sərkisyan dilə tutmaq istədi, Ohanyan rədd etdi

Sərkisyan dilə tutmaq istədi, Ohanyan rədd etdi


20-01-2017, 10:11
 Sərkisyan dilə tutmaq istədi, Ohanyan rədd etdi

Ermənistan Polisinin rəisi Vladimir Qasparyan Prezident Serj Sərkisyanın tapşırığı ilə keçmiş müdafiə naziri Seyran Ohanyanla gizli görüşüb.

Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. Qəzet Qasparyanın görüşdə Ohanyanı böyük siyasətə qayıtmaq fikrindən daşındırmağa çalışdığını bildirib. Ohanyan isə təklifi qəbul etməyib və Qasparyana bir neçə ildən sonra özünün pis vəziyyətə düşəcəyini deyib.

Qeyd edək ki, Ohanyanın istefaya göndərilməsindən sonra Sərkisyanla münasibətləri pozulub. Prezidentin onu yeni Nazirlər Kabinetindən uzaq tutmasına cavab olaraq Ohanyan müxalifətə keçib. Artıq eks-müdafiə naziri eks-prezident Robert Köçəryanın tərəfdarları ilə birləşib.

Ohanyana maliyyə dəstəyini Rusiya verir.

Rubrika.az
Geri qayıt