Əsas Səhifə > Müsahibə > Azərbaycanlı deputatdan Kremlə SƏRT REAKSİYA
Azərbaycanlı deputatdan Kremlə SƏRT REAKSİYA20-01-2017, 15:25 |
|
“Sergey Lavrov tam çılpaqlığı ilə Rusiyanın bu münaqişədə rolunu bir daha vurğulayıb”. Bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Molazadə Rusiya XİN rəhbəri Sergey Lavrovun qalmaqallı Qarabağ açıqlamasına münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Lavrov kimi siyasətçilərin ucbatından problem illərdir həll olunmur: “Əslində, Ermənistan müstəqil dövlət deyil və bu ölkə Rusiya tərəfindən tamamilə özəlləşdirilib.(politika.az) Digər tərəfdən Azərbaycan hər zaman Qarabağda işğal faktorunu qabardıb. Rusiyanın bu siyasətinin arxasında hər zaman lavrovkimilər durub. Ona görə problem illərdir nəticəsiz qalır. Onun bu açıqlaması təəccüblə qarşılanmamalıdır”. Xatırladaq ki, Rusiyanın baş diplomatı Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını açıqlayıb. RUBRİKA.AZ Geri qayıt |