Əsas Səhifə > İdman > Bakının Formula 1 yarışı üçün təhlükə yarandı - Foto
Bakının Formula 1 yarışı üçün təhlükə yarandı - Foto21-01-2017, 17:44 |
![]() Berni Eklstounun tezliklə Formula 1-in idarəçiliyindəki rəhbər vəzifəsini tərk edəcəyi haqqında məlumatlar yayılıb "Sky News" telekanalı "Liberty Media"nın planları haqqında yeni detalları açıqlayıb. Britaniya telekanalının məlumatına görə, "Liberty Media" çempionatın komandaları ilə kompromisə getməyə hazırdır. Buna görə də o, Formula 1-in aksiyasını əldə etməyin mümkünlüyü üçün şərtləri dəyişdirəcək. Belə ki, bundan sonra çempionatda iştirak edən komandalar Formula 1-in səhmdarı ola biləcəklər. Korporasiya öz planlarını açıqladıqdan sonra Eklstoun da vəzifəsindən gedəcək.(istipress)Bu barədə gələn həftənin birinci yarısında elan verilə bilər. B.Eklstouna Formula 1-in ömürlük fəxri prezidenti rütbəsi verilə bilər. Lakin bununla belə, onun vəzifələri məhdudlaşdırılacaq. Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin 23 - 25 iyununda keçiriləcək. Rubrika.az Geri qayıt |