Əsas Səhifə > Hadisə > 11 illik təhsil ləğv olunur - Təhsil şöbələrinə xəbərdarlıq edildi
11 illik təhsil ləğv olunur - Təhsil şöbələrinə xəbərdarlıq edildi23-01-2017, 07:00 |
![]() Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblər 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcək Rubrika.az Modern.az-a istinadən bildirir ki, bununla bağlı saytına daxil olan məlumatda bildirilir ki, bəzi məktəblərdə şagird sayının azalmasının, yuxarı siniflərdə - 10-11- davamiyyəti göstəcilərinin həddindən artıq pisləşməsinin bu addımın atılmasında müəyyən rolu var. Araşdırmalar göstərib ki, bəzi kənd məktəblərində 9-cu sinfi bitirən məzunlar, sonrakı iki ili 10-11-ci siniflərə getməkdənsə, repititor yanında təhsil almağa üstünlük verirlər. Ya da daha yaxşı təhsil verən məktəblərə dəyişilirlər... Eyni zamanda məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində "fəaliyyət göstərirmiş". Nəticədə də bəzi təhsil ocaqlarınıb 10-11-ci siniflərində davamiyyətin çox pis göstəricilərlə müşayiət olunduğu vurğulanır. Bu və digər məsələləri nəzərə alaraq, bəzi rayonlarda 11 illik məktəblərin 9 illiyə keçid etməsi barədə qərar verilib. Məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov belə bir halın mümkünlüyünü istisna edib. "11 illik məktəblərin 9 illik məktəblərlə əvəzlənməsi yanlış məlumatdır". Ancaq qeyri-rəsmi məlumata görə, artıq bəzi rayonların Təhsil şöbələrinə bir sıra məktəblərin tam orta təhsildən (10-11-ci sinif) ümumi orta təhsil (9-cu sinif) verməyə keçid etməsi barədə xəbərdarlıq da edilib. Prosesin növbəti təhsil ilində gerçəkləşdiriləcəyi gözlənilir. Rubrika.az Geri qayıt |