Əsas Səhifə > Hadisə > Manat rubl və gürcü larisinə qarşı bahalaşıb
Manat rubl və gürcü larisinə qarşı bahalaşıb23-01-2017, 11:15 |
![]() Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 19-u ilə müqayisədə dəyişməyərək 1,8311 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,9% möhkəmlənərək 1,9659 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,32% zəifləyərək 0,0307 manat səviyyəsində qərarlaşıb. Türkiyə lirəsinin məzənnəsi 1,25% möhkəmlənərək 0,4871 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2728 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,1%-lik artım baş verib. Gürcüstan larisinin məzənnəsi də 0,22% zəifləyərək 0,6879 manat olub. Rubrika.az Geri qayıt |