Əsas Səhifə > Araşdırma > Ötən ilin şoku: iqtidar 2017-də bu məmurlarla hesablaşacaqmı?
Ötən ilin şoku: iqtidar 2017-də bu məmurlarla hesablaşacaqmı?24-01-2017, 09:55 |
![]() Hakimiyyət zaman-zaman onun siyasətinə arxadan zərbə endirən, mövqeyini zəiflətmək istəyən, xalqla üz-üzə qoyan, əhalini qıcıqlandıran çıxışlar edən məmurları cəzalandırıb. Onlar ya işindən azad edilib, ya susdurulub, ya da bir müddət sonra kiçik bir vəzifəyə təyin edilməklə etimadsızlar siyahısına salınıb. Yaxın keçmişdə İsmayıllı, Quba hadisələri, bəzi deputatların artıq-əskik çıxışları buna bariz nümunədir. Prezident İlham Əliyev xalqın heysiyyatına toxunan məmurları əsla bağışlamayıb. Redaksiyamıza daxil olan məlumata görə, 2017-ci il bu baxımdan əhəmiyyətli dövrdür. Hökumətdə təmsil olunan bəzi məmurlar və deputatlar ötən il özlərini yaxşı aparmadılar. Əksinə, ayrı-ayrı vaxtlarda iqtidara başağrısı yaratdılar. Hakimiyyət isə məsələnin körükləməyib aranı sakitləşdirdi və üzərindən sükutla keçdi. Bu isə o anlama gəlmirdi ki, hakimiyyət həmin məmurların hərəkətini unudub və ya əfv edib.(politika.az) Söhbət ondan gedir ki, MTN şefi Eldar Mahmudov, müavini Hilal Əsədov, rabitə naziri olmuş Əli Abbasov, müavini İltimas Məmmədov, vergilər nazirinin departament rəisi Vidadi Məmmədov, Mərkəzi Bankın sədr müavini Aftandil Babayev və digərlərinin adı “generalitet işi”ndə keçib. Amma onlar istintaqa verdiyi ifadələrdən sonra məsuliyyətə cəlb olunmayıblar. İqtidarın daxili siyasətində verdiyi səhvlərə görə töhmət almış deputatlar da hələ ki “baltalanmayıb”. Bu xüsusda Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Astan Şahverdiyevin adları ayrıca çəkilməlidir. Eyni zamanda icra başçılarından Əhəd Abıyev, Elmar Vəliyev, Rövşən Bağırov, Asif Əsgərov, Xaləddin İsgəndərov, Niyazi Bayramov müxtəlif qalmaqallı hadisələrlə medianın diqqət mərkəzində olub. Daxil olan məlumata görə, 2017-ci il qırmızı xətti keçmiş məmurlar üçün vəzifə ilə vida ili kimi yadda qala bilər. Onların yerinə xarici təhsilli kadrların gətirilməsi nəzərdə tutulur. İqtidar istəmir ki, vitrində danışığını bilməyən və əhalini qıcıqlandıran ifadələr işlədən məmurlar görünsün. Hər gün mətbuatda müxtəlif regionlardan yüzlərlə şikayətlər çap olunur, prezidentə müraciətlər göndərilir, insanlar üzləşdiyi çətinlikləri, bürokratik əngəlləri, yerlərdəki məmurların özbaşınalıqlarını diqqətə çatdırırlar. Onlar Bakıdan - mərkəzdə oturan rəhbər şəxslərdən yardım umurlar. Amma bəzi nazir və komitə sədrləri rayonlara üz tutmur, insanlarla açıq görüşlər keçirmir. Rayonların icra başçıları və deputatları isə əhalini saymır, eşitmir, şikayətini dinləmir. Ölkə rəhbərliyi xalqla işləyən, vətəndaşların qayğısına qalıb-qalmayan, adı neqativ və pozitiv hadisələrdə çəkilən, o cümlədən daha operativ nazirlərin siyahısını həmişə hazırlayıb. Rubrika.az Geri qayıt |