Əsas Səhifə > Təhsil, Manşet > Nizami Namazovun “35 min manatlıq elmi adı”
Nizami Namazovun “35 min manatlıq elmi adı”25-01-2017, 19:30 |
![]() Sumqayıt Təhsil Şöbəsi rəhbərinin “elmi fəaliyyəti” haqqında müdhiş faktlar Sumqayıt təhsili korrupsiya bataqlığından niyə xilas ola bilmir? Son dövrlər daha çox təcrübə laborotoriyasına çevrilən, məişət tipli xəbərlərlə gündəmə gələn, korrupsiya bataqlığından xilas ola bilməyən təhsil sektorunun problemləri bitib tükənmir. Millətin gələcəyi hesab olunan, dövlətin ən çox diqqət ayırdığı bu sahədə vəziyyət təəssüf ki, ildən-ilə geriyə doğru dəyişir. Xüsusilə idarəetmə sahəsində acınacaqlı durumda olan təhsil sistemində bu ümummili əhəmiyyətli sahəni bazar qanunları ilə idarə edən, biznes maraqlarından uzağa gedə bilməyən şəxslər kök salıblar. Bunun acısını isə bütün ölkə təhsili yaşayır və bu yara hələ uzun illər sızıldayacaqdır. Yəqin ki, diqqətli oxucular Sumqayıt təhsilində baş verənlərlə bağlı az-çox məlumatlıdırlar. Xüsusilə Sumqayıt Təhsil Şöbəsinin sabiq rəhbəri Ruhiyyə Tağıyevanın dövründə yaşananlar elə də uzaq keçmiş deyil. Rəhbərlik etdiyi müddətdə Sumqayıt təhsilini korrupsiya və rüşvət bataqlığında batıran R. Tağıyeva ötən ilin noyabr ayında vəzifədən azad olundu. Hamının böyük dəyişikliklərə imza atacağına, Sumqayıt təhsilinə yeni nəfəs gətirəcəyinə inanaraq gözlədiyi yeni təyinat isə SDU-nun prorektoru işləmiş Nizami Namazov oldu. Rubrika.az saytına daxil olan məlumata görə humanitar məsələlər üzrə prorektor işləmiş Nizami Namazovun SDU-dakı fəaliyyət dövrü heç də humanizm prinsiplərinə əsaslanmır. Burada adı daha çox korrupsiya qalmaqallarında hallanan N. Namazov yaxın çevrəsinin səyləri nəticəsində fəaliyyətinin 5 ili tamam olmamış “Tərəqqi” medalı ilə təltif olunub. Halbuki, universitetin tərəqqisində daha çox rol oynayan alimlər bu mükafatlandırmanı kənardan izləməli olublar. Ümumiyyətlə böyük biznes şəbəkəsinə malik olan, daha çox iş adamı kimi tanınan Nizami Namazov iş aləmində qazandığı pullardan “Azərbaycan elminin inkişafına” da kifayət qədər “yatırımlar” edib. Belə ki, Rubrika.az saytına daxil olan məlumata görə biologiya üzrə fəlsəfə doktoru elmi adını almaq üçün 35 min manatından keçməli olub (xatırladaq ki, qiymətlər manatın faciəli devalivasiyasından əvvəlki məzənnə ilədir). Hazıra nazir olan Nizami Namazovun elmin inkişafına hansı meyarlarla yanaşdığı bu faktdan aydın olur. Ümumiyyətlə yuxarı vəzifələrdə çalışan çoxsaylı dostları onun karyerasının sürətli inkişafında həmişə tramplin rolunu oynayıblar. Mövzunu diqqətdə saxlayacağıq. Rubrika.Az Geri qayıt |