Əsas Səhifə > İstisadiyyat > Əhali kreditləri ödəməkdən imtina edir -1.5 milyard manat problemli kredit var
Əhali kreditləri ödəməkdən imtina edir -1.5 milyard manat problemli kredit var26-01-2017, 21:18 |
![]() Dövlət Statistika Komitəsi 2016-cı ildə əhalinin banklarda olan əmənətləri və kreditlərin həcmini açıqlayıb. 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 275,5 milyon manat təşkil edib Həmin məbləğin böyük hissəsini -12 824,5 milyon manatı uzunmüddətli kreditlər təşkil edib. Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ni təşkil edib. Başqa sözlə, 1 442,3 milyon manat problemli kredit qalıb. Əhalinin banklardakı əmanətlərinin məbləği isə 2016-cı il dekabr ayının 1-nə 7 605,8 milyon manat təşkil edib Rubrika.az Geri qayıt |