Əsas Səhifə > Mədəniyyət > “Mahnı ucuza başa gəlsin deyə Türkiyəyə gedirlər”
“Mahnı ucuza başa gəlsin deyə Türkiyəyə gedirlər”27-01-2017, 17:26 |
|
“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı tanınmış müğənni Rəşad İlyasov olub. 2016-cı ildə Şou məkan kameralarına düşməyən Rəşad İlyasovu, nəhayət ki, məclislərdən birində necə deyərlər, yaxalayıb ifaçını əməlli-başlı sorğu-suala tutduq. Sən demə, Rəşad İlyasovun başı işlərinə elə qarışıb ki, bizim kameramız önündən keçməyə vaxt tapa bilmiyib. Rəşad İlyasovdan fars musiqisinə xas olan boğazları eşitsəniz, heç də təəccüblənməyin. Çünki müğənninin gecəsini-gündüzünə qatıb üzərində işlədiyi yeni mahnısı həm uzun müddət danışılacaq, həm də bəzilərinin dilini boğazını qurudacaq: “Studiyadan gəlirəm. Gözəl bir fars mahnısı yazdırdım. Mən adətən əcnəbi musiqilərini oxuyanda bir az həssas yanaşıram. Azərbaycan ifaçılarının elə potensialı var ki, bir çox musiqini oxuya bilərlər. Təmiz “çahargah” muğamı üstə yazılıb mahnı. Bu muğama mən çox heyranam”. Nədənsə son zamanlar müğənni ərəb və fars musiqilərini milli sözlərimizlə eyni siniyə qoyub sevənlərinə bəh-bəhlə təqdim edir: “Deyilənə görə, məndə bir neçə əcnəbi mahnı gözəl alınıb. Bir ərəb mahnısı da yazdırdım. Sözləri Azərbaycan türkcəsindədir. Sevinc Çılğından rica elədim, yazdı. “Təsəllilər” adlanır. Mahnıda söz çox önəmlidir”. İki notu yan-yana qoyaraq, mahnı bəstələdiyini zənn edib özünü aldadan dırnaqrası bəstəkarlar çox olsa da, peşəkarları barmaqla sayılası qədərdir. Rəşad İlyasov da elə yaxşı bəstəkarların azlığından şikayətlənir: “Yaxşı bəstəkarlarımız var olsa da, təbii ki, yaxşıdan az olur, yaxşı ifaçılardan, mahnılardan az olur. Ona görə də, mən istəyirəm ki, bizim mahnılarımız çox yazılsın. “O səs Türkiyə”də bizim mahnılar səslənəndə onlar valeh olurlar. İlk tonundan bilinir ki, Azərbaycan musiqisidir”. Milli musiqimizi yerə-göyə sığdıra bilməyən ifaçı türk aranjimançılarına, musiqiçilərinə pul tökən yerli məşhurların bu addımını qəbul etmir. “Ümumiyyətlə, çox yanlış bir şeydir. Türkiyədə hansısa bir mahnını pul töküb işləmək çox az hallarda tutur. İndi elə mahnılar yazılır ki, türk estradasına yaxındır. Açığını deyim ki, ucuz da başa gəlir. Ona görə Türkiyəyə müraciət edirlər. Ancaq çox yanlış bir şeydir”. Rəşad İlyasov Lalə Məmmədova ilə yeni duet hazırladığını da ilk dəfə bizimlə bölüşdü: “Duetlərimiz var. Əməkdar artist Lalə Məmmədova ilə. Mahnı aranjiman olunur. Hazırlıqlar gedir. Gözəl mahnıdır. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz. Rubrika.az Geri qayıt |