Əsas Səhifə > Hadisə > Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir

Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir


28-01-2017, 14:21
Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir

Belarus 8 MiQ-29 və iki "Buk" zenit raket kompleksini Serbiyaya hədiyyə edəcək.

Bunu Serbiyanın “Politika” qəzetinə müsahibəsində Müdafiə naziri Zoran Corceviç söyləyib. O, həmçinin Minsklə S-300V və S-300P sistemlərinin alınması ilə bağlı danışıqlar aparıldığını da bildirib.

Qeyd edək ki, Rusiya da Serbiyaya hərbi yardım etmək öhdəliyini üzərinə götürüb. Tərəflər arasında razılaşmaya əsasən Moskva Belqrada 6 MiQ-29 təyyarəsi, "Buk" zenit raket kompleksi, onlarla tank göndərməyə söz verib.

Rubrika.az
Geri qayıt