Əsas Səhifə > Cəmiyyət > Xaçmazda sevgilisi ilə birgə ölən şəxs direktor imiş - Təfərrüat
Xaçmazda sevgilisi ilə birgə ölən şəxs direktor imiş - Təfərrüat30-01-2017, 06:08 |
![]() Dünən Xaçmaz rayonunun Qarabağlı kəndində iş yoldaşı olan qadınla dəm qazından boğularaq ölən Namiq Tağıyevin nəşriyyat-poliqrafiya sahəsində bizneslə məşğul olduğu məlum olub. Kənd sakinləri Lent.az-a bildirib ki, N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş. Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" Nəşriyyat-Polqrafiya Mərkəzini yaradıb və onun direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb. N.Tağıyev evli imiş, onunla birlikdə həyatını itirən qadın isə subay olub. * * *12:10 Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub. Rubrika.az APA-ya istinadən bildirir ki, rayonun Qarabağlı kənd sakinləri-1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüblər. Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna aparılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |