Əsas Səhifə > Dünya > Putin: "Məsciddə insanların qətlə yetirilməsi..."

Putin: "Məsciddə insanların qətlə yetirilməsi..."


31-01-2017, 09:30
Putin: "Məsciddə insanların qətlə yetirilməsi..."

Rusiya Prezidenti Vladimir Putin Kanadanın Quebek əyalətində bir məscidə təşkil olunan silahlı hücum səbəbi ilə Kanada Baş naziri Castin Trudeauya başsağlığı verib.

Putin Trudeauya başsağlığı məktubunda məsciddə ibadət üçün toplaşan insanların qətlə yetirilməsinin vəhşicəsinə və sarsıdıcı olduğunu vurğulayıb.

Trudeauya başsağlığı verən və həyatını itirənlərin ailələrinə dəstək mesajı verən Putin yaralılar üçün şəfa diləyib.

Qeyd edək ki, Kanadada məscidə edilən silahli hücum zamanı 6 nəfər ölmüş, 8-i yaralanmışdı.

Rubrika.az
Geri qayıt