Əsas Səhifə > Dünya > Trampın anti-müsəlman aktlarına hamı etiraz edir... müsəlman ölkələrdən başqa

Trampın anti-müsəlman aktlarına hamı etiraz edir... müsəlman ölkələrdən başqa


31-01-2017, 12:55
 Trampın anti-müsəlman aktlarına hamı etiraz edir... müsəlman ölkələrdən başqa

ABŞ prezidentinin bir sıra müsəlman ölkələrindən qaçqınların qəbul edilməsinə qoyduğu qadağa geopolitik şok yaradıb.

Ağ Evin yeni rəhbərinin fərmanına qarşı Almaniya və Böyük Britaniya liderləri, habelə ABŞ-ın hüquq müdafiəsi ilə məşğul olan təşkilatları və ictimai xadimləri çıxış ediblər.

Onlar Trampın qərarlarını Qərb dəyərlinə böyük təhlükə hesab edirlər.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın dövlət miqrasiya xidmətləri prezidentin fərmanının icrasına dərhal başlayıblar. ABŞ mediasının xəbərinə görə, aeroportlarda 200-ə yaxın adam saxlanılıb.

Onların arasında 2016-cı ilin noyabrında ABŞ vizası alan 70 yaşlı Şahinə Həsənpur da olub. Onun oğlu Behzadın sözlərinə görə, anası hipertoniyadan əziyyət çəkir və ciddi müalicəyə ehtiyacı var. Qadın 4 il öncə xərçəng xəstəliyi ilə bağlı əməliyyat keçirib.

Şahinə Həsənpur Dallas aeroportuna gəldiyi zaman miqrasiya xidmətinin əməkdaşları onu ölkəyə buraxmayıb və tranzit zonasına geri qaytarıblar.

ABŞ-a buraxılmayanlar arasında hətta diplomatik pasporta malik insanlar da var. Bunlardan biri də 1975-ci ildə Tehranda anadan olmuş, həm İran , həm də Almaniya vətəndaşı olan Almaniya bundestaqının deputatı Omid Nuripur olub.

İran KİV-lərini məlumatına görə, təkcə bir gündə 173 İran vətəndaşının ABŞ-a girişinə qadağa qoyulub. Buraya “qrin kart” udub ABŞ-da yaşamağa haqq qazanan insanlar da daxildir.

ABŞ prezidentinin fərmanı sıravi amerikalılar arasında da acıq hiddətə səsbəb olub. “Amerikanı nifrət deyil, sevgi böyük eləyib”, Dallas aeroportunda miqrantların geri qaytarılmasına etiraz etməyə gələn insanların şüarı belə olub.

1970-ci illərdə Pakistandan İngiltərəyə gələn miqrant ailəsində anadan olmuş və bu yaxınlarda London meri seçilən Sadik Xan ABŞ prezidentinin qərarını “rəzalət və qəddarlıq” adlandırıb.

“Bu qərar Birləşmiş Ştatların yaranmasının əsasında duran azadlıq və tolerantlıq dəyərlərinə ziddir”, - London merinin bəyanatında deyilir.

“Prezident Tramp cəmi bir həftə ərzində gördüyü tədbirlərlə ABŞ-ın xarici siyasəti barədə təsəvvürləri tamamilə dəyişib”, - The New York Times qəzetinin yazarı Devid Sencer yazır.

“Ehtiyacı və ambisiyası olan insanlara açıq olan ölkə kimi beynəlxalq imicə malik dövlət Trampın son qərarlarından sonra hətta 2001-ci il 11 sentyabr terror aktlarından sonrakı qapalı rejimdən betər situasiya ilə üzləşib”,- məqalədə deyilr.



ABŞ-ın keçmiş müdafiə naziri və MKİ-nin keçmiş direktoru Robert Geytsin fikrincə, Trampın yeni siyasəti Amerikanın dünyadan çəkildiyi və özünü divarlarla qoruduğu hissiyyatı yaratmaq riski daşıyır. Geytsin fikrincə, ABŞ bu siyasəti ilə qlobal miqyasda vakuum yarada bilər. “Bu vakuumu isə qaranlıq güclər doldura bilər”,- Geyts narahatığını dilə gətirib.

“Almanlar tənqid edirlər, britaniyalılar narazılıqlarını bildirirlər, fransızlar, kanadalılar, hətta bəzi respublikaçı senatorlar belə Trampa qarşı gəlirlər. Lakin nə Ər-Riyadda, nə də Qahirədə müsəlmanların ABŞ-a girişinin qadağan olunmasına səsini çıxaran yoxdur”- The New York Times qəzetini yazarı Deklan Uolş yazır.

Səudiyyə Ərəbistanı kralı Salman Trampla telefon söhbəti aparsa da, hələ məsələ ilə bağlı publika qarşısında çıxış etməyib. Heç Misir prezidenti Əbdülfəttah Sisidən də səs-səmir yoxdur. 57 ölkədən ibarət İslam Əməkdaşlığı təşkilatı da ilk günlərdə susmağa üstünlük verib”- məqalədə qeyd olunur.

“Qərara yalnız İran və İraq kimi Trampın əmrdə göstərdiyi siyahıda olan ölkələr etiraz edib. Prezidentin fərmanının toxunmadığı müsəlman dövlətərinin paytaxtlarında hökm sürən susqunluq onların bu cür məsələlər qarşısında həmrəylik nümayiş etdirmək qabiliyyətlərinin olmadığını gösdərir”, - məqalə müəllifi yazır.

“Onların (ölkələrin liderləri nəzərdə tutulur-red.) öz vətənlərində legitimliklə bağlı söykəndikləri fundament möhkəm deyil. Onlar bir yandan öz xalqlarının, digər yandan isə ABŞ prezidentinin qəzəbini çəkməyə qorxurlar”, - Beyrutda yeləşən Amerika Universitetinin Siyasət və beynəlxalq münasibətlər İnstitutunun direktoru Rami C. Huri məqalə müəllifinə izah edib.

“Müsəlman həmrəyliyi əvvəllər nisbətən mövcud olub. Hələ 2000-ci illərin əvvələrində əksər müsəlman ölkələri İsrail-Fələstin münaqişəsi, İraqa qarşı tətbiq olunan sanksiyalar kimi məsələlərdə ümumi razılığa gələ bilirdilər. İndi isə, regional müharibələrdən və İslamın bir sıra cərəyanları arasındakı qanlı qarşıdurmalardan sonra bu konsensus külə dönüb”, - müəllif qeyd edir.

RUBRİKA.AZ
Geri qayıt