Əsas Səhifə > Hadisə > Bakıda qadın banka hücum edib
Bakıda qadın banka hücum edib31-01-2017, 13:54 |
|
Rubrika.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər. Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər. Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır. RUBRİKA.AZ Geri qayıt |