Əsas Səhifə > Dünya > Poroşenko Almaniyadan təcili geri qayıtdı

Poroşenko Almaniyadan təcili geri qayıtdı


31-01-2017, 18:34
Poroşenko Almaniyadan təcili geri qayıtdı

Donbasda vəziyyətin gərginləşməsi səbəbindən Ukrayna Prezidenti Pyotr Poroşenko Almaniya səfərini yarımçıq qoyub.

Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat verib.

Xatırladaq ki, ötən gün Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, separatçılar Avdeyevka şəhəri yaxınlığında hücuma keçiblər. Döyüşlər 19 saat davam edib, hücum dəf edilib. Baş verən toqquşmalarda 4 Ukrayna hərbçisi həlak olub, 9-u yaralanıb. 15 separatçı öldürülüb.

“İnfoResist” saytı isə Donbasda iki gündür başlayan intensiv toqquşmalar nəticəsində 60-a qədər rus əsgərinin həlak olduğunu yazıb.

“Təsdiq olunmuş məlumata görə, iki günlük intensiv döyüşlər nəticəsində düşmənin itkisi 100-dən artıqdır. Bunlardan 60-a qədəri rus əsgəridir və onların meyiti Donetskin Kalinin rayon morqundadır”, - məlumatda bildirilir.

Rubrika.az
Geri qayıt