Əsas Səhifə > Hadisə > Trampa qarşı etiraz aksiyalarını kim maliyyələşdirir? - MİLYARDERLƏRİN MÜHARİBƏSİ
Trampa qarşı etiraz aksiyalarını kim maliyyələşdirir? - MİLYARDERLƏRİN MÜHARİBƏSİ1-02-2017, 12:42 |
![]() ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etiraz aksiyalarının hansı qüvvələr tərəfindən təşkil olunduğuna dair faktlar aşkarlanıb.Rubrika.az APA-yə istinadən məlumatına görə, onun əleyhinə aksiyalar təşkil edən onlarla təşkilat şəxsən milyarder Corc Soros tərəfindən maliyyələşdirilir. Vaşinqtonda Tramp əleyhinə təşkil olunan yürüşdən sonra jurnalist Əsra Nomani bu etiraz aksiyalarının kim tərəfindən maliyyələşdirildiyini araşdırmaq qərarına gəlib. Bu zaman sözü gedən aksiyalarda iştirak edən 50-dən çox təşkilatın birbaşa Corc Sorosun cibindən pul çıxardığı ortaya çıxıb. C. Sorosun sahibi olduğu Açıq Cəmiyyət İnstitutu adlı fond bütün iddiaları təkzib etsə də, bu istiqamətdə səslənən fikirlər hələ də artmaqdadır. C. Sorosun özü isə Donald Trampa bədbəxtlik arzuladığını heç də gizlətmir: “Mən onu saxtakar, cinayətkar və gələcək diktator adlandırmışam. Amma o, heç nəyə nail ola bilməyəcək. Əminəm ki, ABŞ Konstitusiyası kifayət qədər güclüdür. Mən ona uğur qazanmamağı arzulayıram. Çünki onun müdafiə etdiyi ideyalar bir-biri ilə ziddiyyət təşkil edir”. C. Sorosun bu qədər kəskin danışmasına səbəblər kifayət qədərdir. Onlardan biri də milyarderin Hillari Klintonun qalib gələ bilməsi iddiası üzərində 1 milyard dollar vəsait itirməsidir. D. Trampın sabiq müşaviri Rocer Stoun belə hesab edir ki, Ağ Evin yeni sahibinə qarşı etiraz dalğasını maliyyələşdirməkdə C. Sorosun yeganə hədəfi ştatlarda vəziyyəti məcrasından çıxarmaq və bununla da hakimiyyətə özünə yaxın adamlardan birini yerləşdirmək istəyidir: "Sorosun etdikləri cinayətdir. O, insanları pul müqabilində zorakılığa təhrik edir. Əgər o, insanları prezidentə qarşı çıxmağa səsləyirsə, buna görə ona ittiham elan olunmalıdır. Bu şəxs dünyadakı rəngli inqilabların banisidir". Qeyd edək ki, Corc Sorosun vətəni olan Macarıstanda ona məxsus fondların bağlanması üçün kampaniya həyata keçirilir. Bundan əlavə onun fəaliyyəti Makedoniya, Hollandiya və Çexiya kimi ölkələr tərəfindən də izlənilməkdədir. Rubrika.az Geri qayıt |