Əsas Səhifə > Dünya > İraq ABŞ-a viza qadağasını dayandırdı
İraq ABŞ-a viza qadağasını dayandırdı1-02-2017, 13:37 |
|
İraq Baş naziri Heydər Abadi parlamentin ABŞ vətəndaşlarının ölkəyə gəlişinə qadağa qoyulması barədə əmr imzalama təklifini rədd edib. Abadi amerikalıların ölkəyə gəlişinə qadağa qoyulmasının yalnız İraqa zərər verəcəyini bildirib. O, hələ də ölkədə ABŞ-ın nəzarəti altında İŞİD-ə qarşı antiterror əməliyyatlarının aparıldığını söyləyib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 7 islam ölkəsinə viza verilməsinə qadağa qoyub. Bu ölkələr sırasına İraq, Suriya, İran, Sudan, Liviya, Yəmən və Somali daxildir. İran da artıq ABŞ vətəndaşlarının ölkəyə gəlməsinə qadağa qoyub. rubrika.az Geri qayıt |