Əsas Səhifə > Hadisə > Ekspert əhaliyə çağırış etdi: “Kreditlərinizi ödəməyin, xərcinizi manatda saxlayın, xarici valyutaya çevirməyin, çünki…”
Ekspert əhaliyə çağırış etdi: “Kreditlərinizi ödəməyin, xərcinizi manatda saxlayın, xarici valyutaya çevirməyin, çünki…”1-02-2017, 16:27 |
![]() “Dolların məzənnəsi ötən gün 1,92 manata çatdı. Manatın məzənnəsi ilə bağlı məndən tez-tez soruşurlar: “Pulumu hansı valyutada saxlayım?”, “Dollar hara kimi qalxacaq?”, “Dollar ucuzlaşa bilərmi?”, “Bütün bunlar nə vaxt olacaq?” və s. və i.a. Müraciət edənlərin arasında valyuta mübadiləsi əməliyyatlarında qazanc əldə etmək istəyən vətəndaşlarımız da az deyil (bunu onlara qətiyyən məsləhət görmürəm!)” Bu fikirləri iqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov səsləndirib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı qısamüddətli proqnoz vermək çox çətindir. Çünki burada inzibati amil, yəni Mərkəzi Bankın istəyi həlledicidir. Buna görə də ən yaxşı halda 6 aylıq proqnoz, normal halda isə azı 1 illik proqnoz vermək olar. Uzunmüddətli perspektivdə isə Mərkəzi Bankın inzibati resursu çox məhduddur və hər şeyi bazar həll edir. “Qeyd edilənləri nəzərə alaraq, bilin ki, ilin sonunadək manat hələ xeyli ucuzlaşacaq. Səbəbi də bəllidir: valyuta gəlirlərimiz azalır. Azalan əmtəənin qiyməti isə bahalaşmağa məhkumdur. Neftin qiymətinin artmaması (yəqin ki, yenə düşəcək) və neft hasilatımızın azalması, üstəgəl yaşadığımız iqtisadi böhran valyuta gəlirlərimizi azaldır və azaldacaq. İstehlak etdiyimiz əksər malları xaricdən dollarla əldə etdiyimiz üçün qiymət artımının davamı da qaçılmazdır. Ucuzlaşma yalnız daşınmaz əmlak bazarında olacaq, özü də kəskin şəkildə, çünki həmin bazardakı yüksək qiymətlər dollar bolluğu nəticəsində şişmənin nəticəsidir. Buna görə də hazırda daşınmaz əmlak almaq məsləhət deyil, hətta qiymət sizə əlverişli görünsə də. Bəli, dünənki qiymətlə müqayisədə indi qiymətlər ucuzdur, amma sabahkı qiymətlərlə müqayisədə hələ də xeyli bahadır”.(a Ekspert qeyd edib ki, uzunmüddətli pul ehtiyatını xarici valyutada (dollar, avro, funt, İsveçrə frankı) saxlamaq məsləhətdir. Amma azı 1-2 aylıq xərcinizi manatda saxlayın! Son manatınızı xarici valyutaya çevirməyin. Çünki böyük ehtimalla sürətlə davam edən cari devalvasiya yaxında bir müddət (bir neçə aylıq) dayanacaq və hətta ola bilsin ki, manat bir az bahalaşacaq. Mərkəzi Bank da deyəcək ki, “Görürsüz, manat istədiyi tərəfə üzür!”. Nəticədə sizə manat lazım olanda, onu daha baha alacaqsız. “Hər bir halda yuxarıdakı əsas məsələni unutmayın: qısamüddətli (1-6 ay) perspektivdə hər şey ola bilər. Uzunmüddətli perspektivi rəhbər tutun! Dollar krediti olanlara tövsiyəm də dəyişməzdir: məhkəmələrdə mübarizə aparmalı, bankları çərlədərək güzəştlərə getməyə məcbur etməlisiz. Başqa yolunuz yoxdur! 2015-ci ildən bəri yazıram: vaxt bankların əleyhinə, borcluların lehinə işləyir. Ən azı ona görə ki, banklar zəifləyir və tam məhv olmamaq üçün kompromisə getməyə məcbur olur”.(a24.az) rubrika.az Geri qayıt |