Əsas Səhifə > İdman > Klublarımızın qış transferləri - kimlər gəldi, kimlər getdi?
Klublarımızın qış transferləri - kimlər gəldi, kimlər getdi?2-02-2017, 12:22 |
![]() Bu gün Azərbaycanda 2016/17 mövsümünün qış transfer pəncərəsi bağlanıb. Premyer Liqamızda iştirak edən klublar transfer fəaliyyətini yekunlaşdırıb. Bundan sonra klublar yalnız azad agent statusu daşıyan futbolçuları heyətinə cəlb edə bilər. Azərbaycan klublarının 2016/17 mövsümü üçün qış transferlərinin siyahısı “Qarabağ” Gələn: Elşən Abdullayev (“Neftçi”), Ağabala Ramazanov ("İnter") Gedən: Namiq Ələsgərov (“Neftçi”), Emil Balayev ("Səbail", icarə), Reynaldo ("Adanaspor", Türkiyə) Müqavilə müddətini artıran: “Qəbələ” Gələn: Araz Abdullayev ("Neftçi"), Daniel Subotiç, Rasim Ramaldanov Gedən: Sadiq Quliyev, ("Zirə"), Petar Franyiç, Ehtiram Şahverdiyev Müqavilə müddətini artıran: Dmitri Bezotosnı, Vojislav Stankoviç “İnter” Gedən: Ağabala Ramazanov ("Qarabağ"), Ruslan Abışov ("Neftçi") UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, klub növbəti iki transfer pəncərəsində yeni futbolçu ala bilməz. “Sumqayıt” Gələn: Sergey Çernışev, Fərhad Qıstarov, Ehtiram Şahverdiyev ("Qəbələ") Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov, Amit Quluzadə Müqavilə müddətini artıran: “Zirə” Gələn: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev ("Qəbələ"), Akim Latifu, Ben Sanqare, Riçard Qadze Gedənlər: Adil Şükürov (baş məşqçi), İsa Cəbiyev, Cəmil Hacıyev (hər ikisi “Şəmkir”), Yasin Həmid, Gerhard Proqni Müqavilə müddətini artıran: “Kəpəz” Gələn: Sahib Abbasov ("Şəmkir") Gedən: Müqavilə müddətini artıran: “Neftçi” Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), İqnasio Herrera ("İrtış" Qazaxıstan), Kirill Petrov ("Olimpik", Ukrayna), Pavel Dreksa (“Siqma”, Çexiya), Ruslan Abışov ("İnter"), Hüqo Barqas Gedənlər: Eltun Yaqublu (“Səbail”), Elşən Abdullayev (“Qarabağ”), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov, Araz Abdullayev ("Qəbələ"), Orxan Qurbanlı, Eltun Yaqublu ("Səbail", icarə) Müqavilə müddətini artıran: Boban Baykoviç AZAL Gələn: Omeqa Roberts (“Domje Srem”, Serbiya), Tərlan Qasımzadə (“Mil-Muğan”), Arkadi Qalperin (“TSK Tavriya”, Rusiya), Frank Oliver Madu ("Sent-Jenevyev", Fransa), Baba Qullit Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov, Rəşad Əzizli, ("Səbail", icarə), Ruslan Nəsirli (MOİK), Fərhad Budaqov, Mahsun Qəmbərli, Hossain Qolamit Rubrika.az Geri qayıt |